Dünya

İtaliya Ukraynanın enerji sektoruna sərmayə yatırır

17 Fevral 2024 20:53
Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın enerji sektoruna sərmayə yatıracaqlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı hər üç tərəfin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransında müqavilə imzalanıb.

İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, "Cassa Depositi e Prestiti" maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtləri müəyyənləşdirilir.

"Bu vəsaitlə İtaliya Ukraynanın əsas hidroenergetika şirkəti olan "Ukrhidroenerqo"ya dəstək verəcək. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın ayrılmaz hissəsinə çevriləcək, bunun 100 milyon avrosu Ukrayna dövlət şirkətinin xeyrinə birbaşa AYİB tərəfindən veriləcək", - bəyanatda deyilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.