Dünya

Rusiyalı şagird məktəbə balta ilə hücum etdi: Elektron siqaretə görə

16 Fevral 2024 20:39
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Buryatiya vilayətində elektron siqareti (veyp) əlindən alınan şagird bundan qəzəblənərək məktəbə balta ilə hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə iki məktəbli arasında mübahisə ilə başlayıb, nəticədə biri digərinin elektron siqaretini əlindən alıb.

Bundan qəzəblənən məktəbli evə yollanıb və baltanı götürərək məktəbə qayıdıb.

Xoşbəxtlikdən, mühafizəçi onun təhsil müəssisəsinə daxil olmasının qarşısını ala bilib.

Hadisə yerinə polis çağırılıb, məktəbli saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.