Dünya

Efiopiyada mədən qəzası nəticəsində onlarla insan dağıntılar altında qaldı

13 Fevral 2024 07:03
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Efiopiyada qiymətli daş mədəninin çökməsi nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BBC teleradio korporasiyası məlumat yayıb.

Qeyd edilir ki, opal axtarışına çıxanlar bloklanıb. Ətrafdakı yaşayış məntəqələrinin sakinləri onlara kömək etməyə və dağıntıları təmizləməyə çalışırlar. Bununla belə, onların böyük qaya parçaları ilə öhdəsindən gəlmək çox çətindir.

"Hadisə yerinə çatdıqda sağ qalanları tapacağımıza ümid edirik. Şanslar getdikcə azalır, lakin biz səylərimizi dayandırmırıq", - hadisə şahidi Tesfayen deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.