Dünya

Nyu-Yorkda 70 məmur korrupsiya ittihamı ilə həbs edildi

8 Fevral 2024 15:05
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York şəhər mənzil-tikinti idarəsinin (New York City Housing Authority) onlarla əməkdaşı və podratçısı həbs edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Ədliyyə Nazirliyi tarixində korrupsiyaya qarşı ən böyük kampaniyalardan biridir.

Saxlanılan 70 nəfər mənzil-tikinti idarəsinin obyektlərində müxtəlif korrupsiya və geri ödəmə sxemlərinin təşkilində ittiham olunur. Günahları sübuta yetiriləcəyi təqdirdə onları 10-20 il həbs cəzası gözləyir.

İstintaqın məlumatına görə, cinayətkarlar açıq tender tələb etməyən və müxtəlif layihələr üzrə ümumi həcmi 13 milyon dollarlıq müqavilələrə görə 2 milyon dollardan çox qanunsuz qazanc əldə ediblər. Geri ödəmə sxemləri arasında, həmçinin ictimai mənzil layihələrində tikinti və texniki xidmət üzrə müqavilələr də var.

Telekanal qeyd edir ki, Nyu-York şəhər mənzil-tikinti idarəsinin mənzillərində 300 mindən çox insan yaşayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.