Dünya

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 131-ə çatıb

6 Fevral 2024 23:23
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə tibbi ekspertiza xidməti məlumat yayıb.

"Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb", - məlumatda deyilir.

Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.

Daha əvvəl 122 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya ziyan görüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.