Dünya

Tokayev onu nazir təyin etdi

6 Fevral 2024 18:37
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Madi Takiyevi respublikanın yeni maliyyə naziri təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məmur bu vəzifədə Erulan Camaubayevi əvəzləyib. Takiyev buna qədər parlamentin aşağı palatasının deputatı vəzifəsində çalışıb, o, maliyyə və büdcə komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, bu gün Oljas Bektenov da Qazaxıstanın yeni Baş naziri təyin olunub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.