Dünya

İsrail səfiri Rusiya XİN-ə çağırıldı

5 Fevral 2024 14:37
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı Rusiya XİN yayıb. 

"İsrail səfirinin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən yolverilməz açıqlamaları ilə əlaqədar olaraq o, Xarici İşlər Nazirliyinə çağırılacaq", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, burada söhbət diplomatın "Kommersant" qəzetinə müsahibəsindən gedir. Rusiya XİN qeyd edir ki, ölkə İsrail səfirinin Rusiyanın öz təmaslarında girovların taleyinin həllinə kömək etməyə yönələn səyləri barədə hörmətsiz danışmasından təəssüf hissi keçirir: "Holokostun yalnız yəhudi xalqının məhv edilməsi olması barədə tezislər BMT Baş Assambleyasının qətnaməsinə ziddir". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.