Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bəzi işçilərinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə maliyyələşdirməni dayandırıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen məlumat verib.
O, Kanadanın Qəzza zolağındakı humanitar böhrandan dərin narahat olduğunu vurğulayıb:
"Kanada ehtiyacı olanlara əsas humanitar yardımın sürətli, davamlı və maneəsiz çatdırılmasının tərəfdarıdır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun