Kanada BMT-nin agentliyinə maliyyə yardımını dayandırıb

27 Yanvar 2024 07:33

Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bəzi işçilərinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə maliyyələşdirməni dayandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen məlumat verib.

O, Kanadanın Qəzza zolağındakı humanitar böhrandan dərin narahat olduğunu vurğulayıb:

"Kanada ehtiyacı olanlara əsas humanitar yardımın sürətli, davamlı və maneəsiz çatdırılmasının tərəfdarıdır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun