Dünya

Ukrayna kəşfiyyatı: Rusiya ilə bu gün əsir mübadiləsi baş tutmalı idi

24 Yanvar 2024 22:33
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş tutmalı idi, lakin bu hələ baş vermir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov "Azadlıq" radiosuna deyib.

"Qeyd edə bilərəm ki, bu gün üçün nəzərdə tutulan mübadilə hələ baş tutmur".

Qeyd edək ki, bu gün Rusiyanın Belqorod vilayətində İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzada 65 ukraynalı əsir və 9 heyət üzvü həlak olub. Rusiya hərbçilərin bu gün baş tutmalı olan əsir mübadiləsi çərçivəsində Ukraynaya təhvil verməyi planlaşdırdıqlarını açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.