Dünya

Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

21 Yanvar 2024 16:16
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft"un həmtəsisçisi, eləcə də bəşəriyyət üçün "yeni" peyvəndlərin hazırlanmasına vəsaitin əhəmiyyətli bir hissəsini yatıran Bill Qeyts, koronavirus peyvəndlərinin formaca fərqli olacağını açıqlayıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə amerikalı milyarder Hindistana səfəri zamanı yerli telekanallardan birinə müsahibəsi zamanı məlumat verib.

Qeytsin sözlərinə görə, peyvəndin cəmiyyətdə daha populyar olması üçün onlar iynə əvəzinə yara lenti formasında istehsal ediləcək:

"Biz onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik... Biz iynə yerinə kiçik bir yara lentindən istifadə edəcəyik".

Qeyts həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmağa kömək edən peyvəndlər icad edəcək.

O qeyd edib ki, peyvəndin hər kəs üçün əlçatan olması məqsədilə onların qiymətlərinin münasib olmasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, daha əvvəl Davosda keçirilən illik Dünya İqtisadi Forumunda çıxışı zamanı Qeyts bildirib ki, həyat yoldaşı Melinda ilə birlikdə səhiyyədə yeni texnologiyaların inkişafına 8 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.