Dünya

III Çarlz xəstəxanaya yerləşdiriləcək

18 Yanvar 2024 12:37
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcək. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi dayandıracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Bukingem Sarayının bəyanatında deyilir.

"Hər il minlərlə kişidə olduğu kimi, kralın da prostat vəzisinin böyüməsi səbəbi ilə müalicəyə ehtiyacı var. Əlahəzrətdə aşkar edilən törəmə xoşxassəlidir və o, gələn həftə korreksiya proseduru üçün xəstəxanaya müraciət edəcək. Kralın ictimai vəzifələri (onun) sağalması üçün qısa müddətə təxirə salınacaq", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, III Çarlzın 75 yaşı var. O, 2022-ci ilin sentyabrında anası II Yelizavetanın (1926-2022) ölümündən sonra taxta çıxıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.