"Sürücü maşını o qədər pis idarə etdi ki, maşından düşmək istədim...".
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Mersin şəhərində baş verən avtobus qəzasından sağ çıxan Şahin Selcuk deyib.
"Sürücü maşını çox pis idarə edirdi. Hətta atama zəng edib Serikdə avtobusdan düşmək istədim, amma başqa maşın tapmadığım üçün düşmədim", - deyə Şahin bildirib.
Qeyd edək ki, ötən gün Mersinin Aydıncık rayonunda dəhşətli avtobus qəzası baş verib. Qəzada 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Mahmud
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun