Dünya

Kremldən Rusiya təyyarələrinin vurulmasına dair Açıqlama

15 Yanvar 2024 17:32
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kreml Azov dənizində Rusiyaya məxsus 2 təyyarənin Ukrayna tərəfindən vurulması ilə bağlı hər hansı məlumata sahib olmadığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

O, həmçinin sözügedən mövzunun xüsusi hərbi əməliyyata aid olduğunu bildirib və jurnalistlərə bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib. 

Xatırladaq ki, Ukrayna mediası Azov dənizi üzərində Rusiyaya məxsus "A-50" kəşfiyyat və "İl-22M" bombardmançı təyyarələrinin vurulduğunu yazıb. Rusiya MN məsələni rəsmi olaraq şərh etməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.