Dünya

HƏMAS Qəzzada tunellərin tikintisinə bu qədər xərc çəkib

12 Yanvar 2024 08:42
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun tikintisinə milyonlarla dollar xərcləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzzada aşkar edilmiş tunellər şəbəkəsinin və kəşfiyyat məlumatlarının təhlilinə əsaslanaraq İsrail ordusu bu qənaətə gəlib ki, on milyonlarla dollara başa gələn yüzlərlə kilometr yeraltı infrastrukturun qurulması üçün ümumilikdə 6 min tondan çox beton və 1,8 min ton metaldan istifadə edilib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS-ın yeraltı infrastrukturunun ləğvini Qəzza zolağında hərbi əməliyyatların əsas məqsədlərindən biri adlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.