Dünya

Pakistanda deputatlığa namizəd mühafizəçiləri ilə birgə qətlə yetirildi

11 Yanvar 2024 08:45
Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Hayber-Paxtunxva əyalətində parlament seçkilərində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalim Ullah Xan ölkənin şimal-qərbində silahlı hücuma məruz qalıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

Hayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunun Tappi bölgəsində deputatlığa namizədin avtomobili atəşə tutulub.

Nəticədə Malik Kalim Ullah Xan və onun iki mühafizəçi öldürülüb. Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Hücum ölkənin fevralın 8-nə təyin edilmiş ümumi seçkilərə hazırlaşdığı vaxta təsadüf edir. Bu, son vaxtlar ilk belə hadisə deyil.

Nəşr bildirib ki, Pakistandakı müxtəlif siyasi partiyaların mümkün tənqidlərinə baxmayaraq, təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşməsi səsvermə tarixinin təxirə salınması üçün əsas ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.