Dünya

Netanyahu üçün təhlükə: partiyası onu devirəcək?

10 Yanvar 2024 22:00
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail mediası yazıb ki, baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi Likud Partiyasının üzvlərinin onu devirmək üçün müxalifətçilər ilə ortaq olacağından narahatdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Likud üzvlərinin Netanyahuya qarşı tənqidləri artıb. Xəbərdə Netanyahunun qeyri-vacib nazirlikləri bağlamaq bəhanəsi ilə istefa verən nazirləri yenidən vəzifələrinə qaytarmağa çalışdığı qeyd edilib.

İsraildə qüvvədə olan "Norveç qanunu"na görə, nazir olan millət vəkili parlamentdəki yerini mənsub olduğu partiyadan seçkilərə qatılan və qalib gəlməyən şəxsə verir.

İsraildə son vaxtlar Likuda ictimai dəstəyin azalmasını israilli ekspertlər Netanyahudan narazılıqla əlaqələndirirlər.

Qeyd edək ki, rəy sorğularına görə, İsrailin baş nazirinə dəstək 15 faizə düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.