Dünya

Yaxın Şərq liderləri Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

10 Yanvar 2024 07:56
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə bu gün Aqabada üçtərəfli sammit keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İordaniya monarxının ofisindən məlumat verilib.

Bildirilib ki, tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər.

Görüş İordaniyanın Qəzza zolağında dərhal atəşkəs əldə etmək və ora davamlı olaraq humanitar yardım çatdırmaq səyləri çərçivəsində baş tutacaq.

Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.