Dünya

İsveçli nazir ölkə əhalisini müharibəyə hazırlaşmağa çağırdı

8 Yanvar 2024 23:21
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç vətəndaşlarına ölkədə müharibənin başlaya biləcəyi ehtimalına hazır olmağa çağırılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə mülki müdafiə naziri Karl-Oskar Bulin xəbərdarlıq edib.

"Bunu məndən əvvəl çoxları deyib, amma icazə verin, bunu rəsmi şəkildə, daha birbaşa və tam aydın şəkildə deyim: İsveçdə müharibə başlaya bilər", - nazir vurğulayıb.

O, hər kəsi İsveçdə "ümumi müdafiə" yaratmağa qoşulmağa çağırıb.

Bulin həmçinin vəzifəli şəxslərə sığınacaqların fəaliyyətini təmin etməyi və təcili su və qida təchizatı planını qəbul etməyi tövsiyə edib.

İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden TV4 telekanalında nazirin sözlərinə münasibət bildirib. O, vəziyyəti çox ciddi adlandırıb. O həmçinin bildirib ki, bütün İsveç vətəndaşları indi müharibə ehtimalına hazırlaşmalıdırlar.

"Bu, çox ciddi bir vəziyyətdir. İndi biz söz və anlayışdan hərəkətə keçməkdən danışırıq", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.