Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Qəzza zolağı və Qırmızı dənizdəki vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatik xidməti məlumat yayıb.
Qeyd olunur ki, Borrell yanvarın 7-8-də Səudiyyə Ərəbistanında ikigünlük səfərdə olacaq və orada yüksək vəzifəli şəxslərlə, o cümlədən xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi ilə görüşəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun