Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcək

7 Yanvar 2024 22:43

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Qəzza zolağı və Qırmızı dənizdəki vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatik xidməti məlumat yayıb.

Qeyd olunur ki, Borrell yanvarın 7-8-də Səudiyyə Ərəbistanında ikigünlük səfərdə olacaq və orada yüksək vəzifəli şəxslərlə, o cümlədən xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi ilə görüşəcək. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun