Dünya

Prezidentliyə respublikaçı namizəd: "Vəzifəyə seçilərəmsə, ABŞ-ni NATO-dan çıxaracam"

6 Yanvar 2024 19:26
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını istəyir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri yazıb. Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir.

Qeyd olunub ki, prezidentliyə namizəd NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskinin əsassız olaraq artırdığını düşünür. Onun fikrincə, BMT-dən çıxmağın da vaxtı çatıb.

Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.

Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Donald Tramp da ABŞ-nin NATO-dan çıxmaq vaxtının çatdığını söyləmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.