Dünya

Kadırovdan ABŞ-a təklif: Sanksiyaları götürün, əvəzində...

5 Yanvar 2024 19:45
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-yə 20 ukraynalı hərbi əsirin müqabilində onun ailə üzvlərinə qarşı sanksiyaları ləğv etməyi təklif edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kadırov hərbi əsirlərin siyahısını Qroznıya gələn ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş zabiti Skot Ritterə verib.

"Anamın, həyat yoldaşımın, qızlarımın, qardaşım uşaqlarının günahı yoxdur, onlar heç vaxt siyasi oyunlarda iştirak etməyiblər. Mən vuruşmuşam, Amerika və Qərbi Avropa dövlətləri dövlətimizə və bütün dünya müsəlmanlarına qarşı mövqeyini dəyişməyincə onlara qarşı vuraşacam. Mənə qarşı nə istəyirsən tətbiq elə, amma ailəmə, anama toxunmayın", deyə Çeçenistan rəhbəri vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.