Dünya

ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi əmr etdi

4 Yanvar 2024 10:27
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Kirmanda törədilən bombalı hücumla əlaqədar çağırış edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "New York Times" bildirib.

Məlumata görə, o, ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və iranyönümlü "proksi qrupların" ABŞ bazalarına hücumu məhdudlaşdırmağı əmr edib.

Bildirilib ki, ali rəhbər bir müddət əvvəl hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.

Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.