Dünya

“Əclaflar, idbarlar…” - Medvedyev Fransa XİN-ni təhqir etdi

3 Yanvar 2024 22:47
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Xarici İşlər Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin Belqoroda zərbəsini "özünümüdafiə hüququ" kimi qiymətləndirən bəyanatına cavab verib.

Milli.Az APA-a istinadən xəbər verir ki, Medvedyev Fransa XİN nümayəndələrini "əclaf" və "idbar" adlandırıb və qeyd edib ki, ruslar fransızları heç vaxt sevməyiblər, çünki onlar ruslarla vuruşublar.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Xarici İşlər Nazirliyi Belqorodun atəşə tutulması nəticəsində 25 nəfərin ölməsi, yüzdən çox insanın yaralanmasını pisləməkdən imtina edib. Qurum Ukrayna Silahlı Qüvvələrinin kaset bombalarından istifadə etməsini "qanuni müdafiə hüququ" kimi qiymətləndirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.