Dünya

Yaponiyada təyyarələrin toqquşması nəticəsində 17 sərnişin xəsarət alıb, 5 nəfər ölüb - YENİLƏNİB - VİDEO

2 Yanvar 2024 19:26
Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------

19:25

"Japan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Bildirilib ki, yanğının söndürülməsi məqsədilə əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib. Qeyd olunub ki, qəzaya uğrayan Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin 6 ekipaj üzvündən 5-i həlak olub, hava gəmisinin kapitanı isə ağır xəsarət alsa da təyyarəni tərk edə bilib.

Məlumata görə, Sahil Mühafizə Xidmətinə məxsus təyyarə hadisə zamanı Niiqata prefekturasında zəlzələ qurbanlarına yardım üçün uçmalı idi.

Qəza səbəbilə Haneda hava limanında uçuşların çoxunun ləğv edildiyi bildirilir.

-------

14:01

Tokionun Haneda hava limanına eniş edən "Japan Airlines"ə məxsus sərnişin təyyarəsi Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, "JAL-516"da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.

-------

14:01

Tokioda hava limanının uçuş-enmə zolağında partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Belə ki, Yaponiyanın paytaxtı Tokioda Haneda Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında yanan sərnişin təyyarəsində 300-dən çox insanın olduğu bildirilir.

Təyyarə eniş zamanı sahil mühafizə təyyarəsi ilə toqquşub. Partlayış anı da qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.