Dünya

Nobel mükafatlı Məhəmməd Yunus həbs olundu

1 Yanvar 2024 20:45
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

M.Yunusla yanaşı, onun təsis etdiyi "Grameen Telecom" telekommunikasiya şirkətinin rəhbəri də məhkum edilib. Onlar həmçinin bir maddə ilə 5 min taka (45 ABŞ dolları), digər maddə üzrə 25 min taka (227 ABŞ dolları) cərimələniblər.

İqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülən 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi "Grameen Bank" vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başladıqdan sonra beynəlxalq səviyyədə tanınıb.

Bildirilib ki, daha sonra ölkənin Baş naziri Şeyx Hasina Məhəmməd Yunusu fermerləri maliyyə əsarəti altına almaqda günahlandırıb.

Qeyd edək ki, 2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası M.Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmalar aparmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.