Dünya

Məşhur "Times" meydanında Yeni il belə qarşılandı - FOTO

1 Yanvar 2024 14:34
Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də Yeni ilin qeyd olunduğu simvolik məkanlardan biri olan "Times" meydanına toplaşan yüz minlərlə turist və yerli sakinlər 2024-cü ili həyəcanla və coşqu ilə qarşılayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, gün ərzində meydanda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb və ərazidə polis tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Meydanda səhər saatlarından etibarən məşhur müğənni və qrupların konsertləri və səhnə şouları təşkil olunub.

Hər il olduğu kimi, bu il də meydanda ənənəvi olaraq "Ball Drop" mərasimi keçirilib. Belə ki, yerli vaxtla saat 23:59-da işıqlarla bəzədilmiş meydanda bir binanın üstündə yerləşdirilmiş kristal topun düyməsi basılıb və gözoxşayan 12 000 funt sterlinqlik top 60 saniyə ərzində 21 metrlik dirəkdən yerə buraxılıb.

1907-ci ildən bəri hər Yeni il gecəsi unudulmaz əyləncəyə çevrilən və dünyanın dörd bir yanından insanların böyük həyəcanla izlədiyi "Ball Drop" mərasimi bu il xüsusi coşqu ilə izlənilib.

Yeni ilin gəlişi münasibətilə meydanda böyük atəşfəşanlıq şousu da təşkil olunub, rəngarəng işıqlar bütün şəhəri işıqlandırıb.

Meydandakı bayram şənliyi yerli televizyalar vasitəsilə canlı yayımlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.