Dünya

Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoydu

31 Dekabr 2023 17:57
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.

"Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub", - o deyib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.

Tertel qeyd edib ki, "vəziyyət nəzarət altındadır".

"Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik", - o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.