Cəmiyyət

İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

6 Fevral 2026 16:43
Baxış: 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

Milli.Az xəbər verir ki, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək. 

Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.