Ölkə

Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunub - FOTO

6 Fevral 2026 16:58
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan musiqi və hərbi orkestr xidməti, musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunub. 

Y.Axundzadə Azərbaycan hərbi orkestr xidmətinin qurucusu, orkestrlərin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan görkəmli sənətkardır. Onun zəngin yaradıcılığı, yüksək musiqi mədəniyyəti və illər boyu yetişdirdiyi gənc musiqiçilər milli musiqi xəzinəmizin ayrılmaz hissəsinə çevrilmişdir. Onun çoxillik səmərəli fəaliyyəti dövlətimizin tərəfindən daim yüksək qiymətləndirilmiş. 

Konsertdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış edib. Orkestrin rəisi və hərbi dirijoru - mayor Marif Səlimovdur. Proqramda səslənən Ü.Hacıbəylinin "Koroğlu" operasından Uvertura, F.Əmirovun "Gözün aydın" musiqili komediyasından rəqs, "Min bir gecə" baletindən Mərcanın rəqsi, Tofiq Quliyev "Qaytağı", J.Bizenin "Karmen" operasından uvertura, C.Verdinin "Aida" operasından marş, J.Ştrausun məhşur "Radetski marş" əsərləri orekstrin ifasında böyük təntənə və yüksək peşəkarlıqla ifa olundur. Proqramın sonuncu nömrəsi isə M.Maqomayevin "Odlar Yurdu Azərbaycan" əsəri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktor müavini Muradzadə Leylanın dirijorluğu ilə Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında səsləndi. Xorun bədii rəhbərləri Muradzadə Leyla və Mehdizadə Ayseldir. 

Konsertin sonunda general-mayor, professor, Xalq artisti Yusif Axundzadəni 80 illik yubileyi münasibəti ilə Muradzadə Leyla Dövlət Uşaq Filarmoniyası adından təbrik edib. Onun yaradıcılığından söz açıb və yaradıcılığının olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin bu konsertin ərsəyə gəlməsində göstərdiyi böyük zəhmət, təşkilati işlərə və məsuliyyətli yanaşmasına görə okrestrin baş təlimatçı-musiqiçisi və Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblının bədii rəhbəri Mehdizadə Sərvana Dövlət Uşaq Filarmoniyasının rəhbərliyi adından təşəkkür bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Daha sonra səhnəyə Y.Axundzadəni təbrik üçün Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Əhmədova Elvira, 17 nömrəli uşaq musiqi məktəbinin direktoru İsayeva Samirə, 4 nömrəli uşaq musiqi məktəbinin direktoru Əhmədova Dilbər xanım səhnəyə çıxaraq Yusif müəllimlə olan xatirələrindən, yaradıcılığından söhbət açdılar. 
Konsertin sonunda isə uzun və mənalı musiqiyə xidmət edən ömür yolu ilə nümunə olan, 80 illik yubileyini qeyd etdiyimiz cənab general-mayor Yusif Axundzadə səhnəyə dəvət olunub. O, konsertin ərsəyə gəlməsində bütün təşkilatçılara, Dövlət Uşaq Filamoniyasına dərin təşəkkülünü bildirib və musiqiçilərə öz tövsiyyələrini də verməyi unutmayıb. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.