Dünya

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni təxirə sala bilər

29 Dekabr 2023 08:38
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni yanvarın ortalarına qədər təxirə sala bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna BNN-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin təsdiq etdiyi protokol qanuna çevrilməzdən əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasının üstünlük təşkil etdiyi 600 yerlik parlamentdən keçməlidir.

Bildirilir ki, növbədənkənar sessiyanın çağırılmasının mümkünlüyünə baxmayaraq, səsvermənin parlamentin yanvarın 15-nə planlaşdırılan qayıdışından sonra təxirə salınması ehtimalı daha yüksəkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.