Dünya

Nazirin həyat yoldaşı barədə zarafatı ŞOK EFFEKTİ yaratdı: "Hər gecə..."

25 Dekabr 2023 18:35
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin daxili işlər naziri Ceyms Kleverli Baş nazirin Downing Streetdəki iqamətgahında təşkil edilən ziyafətdə hər gecə həyat yoldaşının içkisinə "Rohypnol" dərmanı qatdığını söyləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, təcavüzkarların qadınların huşunu itirməsi üçün istifadə etdiyi dərman olan "Rohypnol"u nazirin zarafat mövzusuna çevirməsi ölkədə şok effekti yaradıb.

Nəşrin xəbərinə görə, hadisə dekabrın 18-də baş nazir Rişi Sunak və digər nazirlərin qatıldığı ziyafətdə baş verib.

"Uzun nikahın sirri azca narkotik qəbul etmiş biri ilə olmaqdır. Beləliklə, o heç vaxt başa düşməyəcək ki, səndən daha yaxşısı var" - Kleverli deyib.

Leyboristlər Partiyasının yüksək vəzifəli şəxsləri nazirin sözlərini "dəhşətli" adlandırıb, qadın hüquqları müdafiəçiləri isə Kleverlini istefaya səsləyiblər. Fawcett Cəmiyyətinin bəyanatında deyilir ki, qadınların təhlükəsizliyinə cavabdeh olan bir nazirin qadınlara narkotik qəbul etdirmək kimi dəhşətli zarafatı ürəkbulandırandır və o, dərhal istefaya getməlidir.

Daxili İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı açıqlamasında bildirib ki, Kleverli sadəcə şəxsi həyatı ilə bağlı zarafat edib və buna görə üzr istəyib. BBC-yə danışan mənbə isə nazirin ikitərəfli söhbətdə zarafat etdiyini, nə dediyini dəqiq xatırlamadığını, lakin yenə də sözlərinin yersiz olduğunu anladığını və üzr istədiyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.