Dünya

Bu, Ukraynada vətəndaş müharibəsinə səbəb olacaq - Soskin

25 Dekabr 2023 07:19
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibəni davam etdirmək və mümkün səfərbərlik qərarından olduqca narahatam.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

O, Ukraynada başlıca problemləri - büdcədə maliyyə çatışmazlığı, qrivnanın devalvasiyası, inflyasiya, cəbhədə uğurun olmaması və böyük itkiləri sadalayıb.

Eyni zamanda o, Kiyevin Qərb ölkələrinin köməyi olmadan da hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığına işarə edib:

"Bütün hadisələr Ukraynada vətəndaş müharibəsinin başlanmasına təsir edəcək. Hələ də pul yoxdur, devalvasiya və inflyasiya var, bu, talon sisteminə gətirib çıxaracaq. Cəbhədə böyük itkilər var, amma gülən və vəziyyəti dərk etmək qabiliyyətini itirmiş rəhbərlik var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.