Dünya

Ukrayna ordusu çıxılmaz vəziyyətdə - Zelenski gələn il...

23 Dekabr 2023 17:15
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın uğursuz əks-hücumundan və rus qoşunlarının inamlı irəliləməsindən sonra Kiyev rejimi 2024-cü il üçün strategiyasına yenidən baxmalı və müdafiəyə keçməli olacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Neue Zürcher Zeitung" nəşri yazıb.

"Hazırda Ukraynanın yeni genişmiqyaslı hücumu üçün potensial yoxdur. Qoşunlar tükənib, kifayət qədər sursat yoxdur. Ukraynada strateji yönləndirmə problemləri müxtəlif qrupların maraqlarının rəqabəti nəticəsində yaranır. Beləliklə, Zelenski çox güman ki, siyasi səbəblərə görə genişmiqyaslı məcburi səfərbərlikdən çəkinəcək. Ukraynanın ABŞ-dan praktiki olaraq mütləq asılılığını və Vaşinqtonda gələcək yardıma görə parçalandığını nəzərə alsaq, Zelenski 2024-cü il üçün siyasətçilər və hərbçilər qarşısında təvazökar məqsədlər qoymalı olacaq. Ukrayna ordusu çıxılmaz vəziyyətə düşüb. Effekli sıçrayış olmayacaq", - nəşr qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.