Dünya

Qazaxıstanda avtobus piyadaları vurdu: Ölənlər və yaralananlar var

22 Dekabr 2023 21:15
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın paytaxtı Almatıda avtobus piyadaları vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərdən biri avtobus sürücüsü ilə mübahisə etməyə başlayıb və onu vurub.

Qadın sürücü huşunu itirib və bu zaman idarəetmədən çıxan avtobus dayanacaq yaxınlığındakı insanları dəyib və digər avtomobillərlə toqquşub.

Hadisə nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yaralılarda qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol bud nahiyəsinin sınığı, sol ayağın sümüklərinin sınığı kimi zədələr aşkarlanıb.
Almatı polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avtobus sürücüsünü vuran şəxs saxlanılıb və polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin "Xuliqanlıq" və "Nəqliyyatın təhlükəsiz hərəkətini təmin edən qaydaları pozma, iki və ya daha çox şəxsin ölümünə səbəb olma" maddələri ilə ibtidai istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.