Dünya

İngilis deputat: Şimali Kiprin müstəqilliyini tanıyaq

21 Dekabr 2023 08:24
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya deputatı Semmi Uilson hökuməti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, deputat yunan administrasiyası ilə müqayisədə türk respublikasının daha yaxşı partnyor olacağını bildirib.

"Böyük Britaniyanın Şimali Kipr Türk Respublikasını qanuni hakimiyyət kimi tanımaması üçün heç bir səbəb görmürəm. Hətta deyərdim ki, Kipr türkləri, yunanlardan fərqli olaraq, Britaniya üçün yaxşı tərəfdaş olublar, çünki onlar heç vaxt adadakı hərbi bazalarımızı təqib etməyib və onlara qarşı kampaniya aparmayıblar", - S.Uilson qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.