Dünya

Slovakiyada xalq ayağa qalxdı

20 Dekabr 2023 08:35
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiyanın bir çox şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Markiza telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə vətəndaş iştirak edib. Onlar Nazirlər Kabinetinin ölkənin hüquq sistemində xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarına, eləcə də hökumətin 2024-cü ildən qüvvəyə minəcək və yaşayış səviyyəsinə mənfi təsir göstərəcək dövlət büdcəsindən vəsaitə qənaət edilməsinə dair tədbirlərə etirazlarını bildiriblər.

Hökumət əleyhinə mitinqlərin ən böyüyü Bratislavada keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.