Dünya

HƏMAS döyüşçüləri deyil, bizim əsgərlər ölür - İsrailli nazir

19 Dekabr 2023 00:24
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail HƏMAS-la "sövdələşmələr dilində" danışmağı dayandırmalı və "qərar dilində" danışmağa başlamalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

"Humanitar təxliyə ərazisindən bizə raket atırlar, əsgərlərimizi atəşə tuturlar, biz isə humanitar jestlərimizi davam etdiririk və onlara yardım çatdırırıq. Hərəkətlərimizi yenidən qiymətləndirməyin vaxtıdır.

Niyə Qəzza zolağında minlərlə terrorçunun öldürüldüyünü açıqlamaq əvəzinə, hər gün öldürülən qəhrəmanlarımızın adlarını yayımlayırıq", - Ben-Qvir bildirib

Nazir vurğulayıb ki, artıq heç bir çəkindirici qüvvə işləmir:

"Oktyabrın 7-də HƏMAS-a heç nə mane olmadı və hələ də 73 günlük döyüşlərdən sonra biz sarsıdıcı tədbirlər həyata keçirməmişik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.