"Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
"Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz həmişə Birləşmiş Ştatların Avropanın köməyinə gələcəyini gözləyə bilmərik", - nazir bildirib.
ABŞ Konqresindən razılıq ala bilməyən Ukraynaya yardım paketi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Kiyevi dəstəkləməyə davam etmək Amerikanın maraqlarına uyğundur:
"Bununla belə, Avropa mütləq səylərini artırmalıdır. Bu, bizim indi də hərbi xərclərimizi artırmağa çalışmağımızın səbəblərindən biridir".
Milli.Az