Son üç ildə dünyada münaqişələrin sayı 20% artıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi deyib.
"On-on beş il əvvəl bu münaqişələrin yalnız 14 faizində beynəlxalq iştirak var idisə, indi beynəlxalq tərəflər münaqişələrin 50 faizində iştirak edir", - o bildirib.
Onun fikrincə, BMT bu münaqişələri daha dərindən təhlil etməli və onların xüsusiyyətlərini müəyyənləşdirməlidir.
Milli.Az