Dünya

Rusiyada kremlpərəst senatorun qızı 166 adama donos yazıb

5 Dekabr 2023 23:23
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın qatı kremlpərəst ictimai xadimlərindən olan, "Təhlükəsiz İnternet Liqası" təşkilatının rəhbəri Yekaterina Mizulina bütün karyerası ərzində ən azı 166 nəfərə və dörd musiqi qrupuna qarşı "donos" yazıb.

Milli.Az Musavat.com-a istinadən istinadən xəbər verir ki, o, bəziləri ilə bağlı birbaşa hüquq-mühafizə orqanlarına məlumat verib, digərlərindən isə sosial şəbəkələrdəki tatuslarında onlara diqqət yetirməyi xahiş edib.

Mizulinanın ittihamlarının nəticəsində ən azı 49 nəfər onu tələblərini yerinə yetirməli olub.

Daha 7 nəfər üzr istəyib və öz işlərinə senzura tətbiq edəcəklərinə söz veriblər. Bunlar arasında müğənnilər Alyona Şvets, İnstasamka, Hofmannita, həmçinin reper Skalli Milano var. Son üçü hətta "iş görüşü" üçün Mizulinaya gəlib və onunla şəkil çəkdirib.

Beş ifaçı isə donoslardan sonra konsertlərinin ləğvi ilə üzləşib. Bunlar "Bi-2" və "Sansara" qrupları, reperlər Big Baby Tape və Loqiemean, həmçinin bloger Anna Yeninadır.

Mizulinanın şikayətlərindən sonra ən azı 14 nəfərə qarşı inzibati iş açılıb.

Xatırladaq ki, Yekaterina Mizulina Rusiya Federasiyasının qatı millətçi senatorlarından olmuş Yelena Mizulinanın qızıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.