Dünya

İsrail müharibənin ikinci mərhələsinin başlandığını elan etdi

5 Dekabr 2023 16:27
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxın Şərqdə müharibənin ikinci mərhələsi başlayıb".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ikinci mərhələ hərbi baxımdan daha çətin olacaq.

E.Levinin sözlərinə görə, HƏMAS tamamilə məhv edilməyənə və ya təslim olmayana qədər müharibə davam edəcək.

Hökumət rəsmisi söyləyib ki, İsrail mülki şəxslərə minimum ziyanın dəyməsi üçün hər şeyi edir: "Döyüş meydanını seçən biz olmadıq. Bunu HƏMAS etdi".

Xatırladaq ki, İsraillə HƏMAS arasında savaş bu il oktyabrın 7-də başlayıb.\

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.