Dünya

Mikroavtobus dəhşətli qəza törətdi: xeyli yaralı var

5 Dekabr 2023 08:04
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda fabrik işçilərini daşıyan mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində biri ağır olmaqla 12 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, İzmirdən Ankara istiqamətində hərəkət edən mikroavtobusun qəzaya uğramasına səbəb sürücünün diqqətsizliyi olub. Qeyd olunub ki, nəqliyyat vasitəsi irəlidə hərəkətdə olan yük maşınının qoşqusuna çırpılıb.

Məlumata görə, vəziyyəti ağır olan şəxs mikroavtobusun sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.