Dünya

İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib

2 Dekabr 2023 23:33
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən dörd girovun öldüyünü təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qəzza zolağında dörd girov - Eliyahu Marqalit, Mia Qoren, Ronen Engel və Arye Zalmanoviç ölüblər. Ölən girovların ailələrinə artıq bu barədə xəbər verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

Daha əvvəl bildirilib ki, fələstinli radikallar evlərindən oğurlanan 17 qadın və uşaq da daxil olmaqla 136 nəfəri girov saxlamağa davam edirlər.  İsrail ordusu girovları geri qaytarmaq üçün bütün vasitələrə əl atacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.