Dünya

Litva imtina etdi: Rusiya ilə sərhəddə...

29 Noyabr 2023 06:44
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva hazırda Rusiya Federasiyası ilə sərhəd keçidlərini bağlamaqda Finlandiyadan nümunə götürmək niyyətində deyil.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın daxili işlər naziri Aqne Bilotayte deyib.

"Sərhədimizdə hər şey sakitdir, ona görə də keçid məntəqələrinin bağlanmasına hələ ehtiyac görmürük", - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, sərhəddəki vəziyyətlə bağlı region ölkələri səviyyəsində operativ məlumat mübadiləsi aparılır: "Biz daimi əlaqə saxlayırıq və real vaxt rejimində vəziyyət haqqında məlumat paylaşırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.