Dünya

Bu ölkə Ukraynaya 110 milyon dollar ayıracaq

25 Noyabr 2023 21:49
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə minaların təmizlənməsi üçün Ukraynaya 110 milyon dollardan çox vəsait verəcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu İsveçrə prezidenti Alen Berset bu gün Kiyevdə keçirilən mətbuat konfransında deyib.

Tədbirdə üç ölkənin lideri - Ukrayna rəhbəri Vladimir Zelenski, Latviya prezidenti Edqars Rinkeviç və İsveçrə lideri iştirak ediblər.

"Biz Ukraynada humanitar minatəmizləməni prioritet hesab edirik və bu, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Biz 100 milyon İsveçrə frankı (təxminən 113 milyon dollar) məbləğində əlavə paket haqqında qərar verdik", - Berset vurğulayıb.

Həmçinin mətbuat konfransı zamanı Zelenski bildirib ki, Ukrayna hakimiyyəti xarici tərəfdaşlarla Qara dənizdə yük gəmilərinin mühafizəsi üçün hərbi gəmilərin verilməsi barədə razılığa gəlib. Söhbət taxıl ixrac etmək üçün istifadə olunan nəqliyyat vasitələrinin qorunmasından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.