Dünya

Uydurduğu uşağa görə doqquz il müavinət aldı

24 Noyabr 2023 23:41
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva şəhərində qadın uydurduğu uşağa görə bir milyondan çox rubl qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, Hava Bibulatova 2014-cü ildə, hələ 21 yaşı olanda işləmədən yaşamaq üçün 100% işləyəcək sxem qurub. O, hansısa yolla mövcud olmayan uşaq üçün saxta doğum haqqında şəhadətnamə alıb, ona Lyuba Adamovna adını verib və bütün sənədləri Basmannı rayonu sosial müdafiə şöbəsinə aparıb. Orada "gənc ana"ya övladına qulluq etmək üçün sosial müavinət təyin olunub. Hava doqquz il bu müavinət hesabına yaşayıb. Onun etdiyi fırıldaq yalnız indi üzə çıxıb.

Bibulatova polis tərəfindən saxlanılıb. Büdcəyə dəyən ziyanı hesablanıb. Ümumilikdə qadın bu illər ərzində təxminən 1,2 milyon rubl büdcəyə ziyan vurub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.