Dünya

Qəzzadan olan girovların azad ediləcəyi ilk tarixi açıqlandı

23 Noyabr 2023 07:18
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən tez başlanmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbi bildirib.

"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar daim inkişaf və davam edir. Girov azad edilməsinin başlanğıcı tərəflər arasındakı ilkin razılaşmaya uyğun və cümə günündən gec olmayaraq baş verəcək", - İsrail hökumətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan olunub. İsrail Ədliyyə Nazirliyi noyabrın 22-də səhər saatlarında saziş çərçivəsində azad oluna biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib. Daha 10 girovun azad edilməsi üçün İsrail bir gün ərzində hərbi əməliyyatları dayandıracaq. İsrail tərəfinin məlumatına görə, 200-dən çox insan yaraqlılar tərəfindən girov götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.