Dünya

İsrail və HAMAS 4 günülük humanitar atəşkəsə razılaşdı

22 Noyabr 2023 07:15
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə HAMAS-ın teleqram sıhifəsində məlumat yayılıb.

Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.

Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qüvvədə olacaq.

İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.